Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:34

Şimal rayonlarında yağış gözlənilir


Foto arxiv

İyulun 8-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi bildirilir. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi və gündüz şimal-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 23-26, gündüz 29-34, Bakıda gecə 24-26, gündüz 30-32 dərəcə isti olacaq.

İyulun 8-də Azərbaycanın rayonlarında da havanın yağmursuz keçəçəyi gözlənir. Lakinbəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı vurğulanır. Gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG