Türkmənistan hökuməti yenidən peyk antenalarının sahibərinə qarşı "hücuma keçib".
Azadlıq Radiosunun türkmən xidməti xəbər verir ki, bu dəfə kənd yerlərində çanaq antemalarının kütləvi şəkildə yığışdırılmasına başlanıb.
Məmurlar camaalla "maarifləndirici söhbətlər" aparır, antenaları yenidən quraşdırmamağa çağırırlar.
Belə "söhbətlər" büdcə təşkilatlarında- məktəb, uşaq baöçası, xəstəxana və başqa obyektlərdə də aparılır.
İşçilərdən tələb edilir ki, əgər xarici telenallara baxmağa imkan verən belə antenaları varsa, söksünlər.
Əvvəllər peyk antenalarının sökülməsi əsasən iri şəhərlərdə baş verirdi.
Müşahidəçilər bunu hökumətin vətəndaşları tam informasiya blokadasına almaq cəhdi ilə izah edirlər.
Azadlıq Radiosunun türkmən xidməti yazır ki, ölkə əhalisi daha çox rus və türk kanallarına baxır.
Ucqar bölgələrdə isə özbək, qazax və Azərbaycan kanalları populyardır. Bundan başqa peyk antenaları Azadlıq Radiosuna qulaq asmaq imkanı verir.
Bir müddət əvvəl Özbəkistan televiziyaları Türkmənistanda ərzaq qıtlığı haqda reportajlar vermişdilər.
Türkmənistan müstəqillik qazanandan bəri ən ağır iqtisadi böhran yaşayır. Qiymətlər qalxır, milli valyuta dəyərdən düşür, işsizlər odusu yaranır. İnsanlar çörək pulu qazanmaq üçün xaricə üz tutur.
Bugünlərdə Türkmənistanda 40 yaşınacan kişilərə ölkə ərazisini tərk etmək qadağan olunub.
Rayonlarda un qıtlığı var.
Amma bütün bunlara baxmayaraq Türkmənistan kanallarında çal-çağırdır. Ölkədə iqtisadi inkişafdan danışılır.
Telekanallar prezident Qurbanqulu Berdımuhammedovu tərifləyir, onun rəhbərliyi altında ölkədə "analoqu olmayan" inkişafa nail olunmasından dəm vurur.
Türkmənistanda 7 telekanal və 4 radio fəaliyyət göstərir. Onların hamısı dövlətə məxsusdur.
Prezidentin özü vaxtaşırı "türkmən telekanallarının işinin aşağı keyfiyyəti" haqda danışır.
Amma onun tənqidləri "telenalların xalqı ölkənin uğurları barədə yetərincə məlumatlandırmaması" ilə bağlıdır.