Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 10:05

Türkmənistanda yaşı 40-dan aşağı olanları xaricə buraxmırlar


Aşqabad hava limanı

Türkmənistanda ölkədən xaricə çıxmaq üçün yaş həddi 40-a qaldırılıb.

Bu barədə iyunun 28-də AzadlıqRadiosunun türkmən xidməti məlumat yayıb.

Saparmurad Türkmenbaşı,Yilanlı və Goroğlu rayonlarının sakinləri deyirlər ki, turist vizası almaq üçün miqrasiya xidmətinə müraciət etsələr də rəd cavabı alıblar.

Onların sözlərinə görə, yuxarılardan gələn göstərişə əsasən xaricə getmək üçün yaş həddi 40-a qaldırılıb.

Bunun nəyə görə edilməsi ilə bağlı suala gəldikdə isə məmurlar deyiblər ki, vilayətdə artıq əmək qabiliyyətli adam qalmayıb.

Buna da bax: "Turkmənistanda da qadınların geyim və makiyajı ilə bağlı yeni qaydalar".

Bunu AzadlıqRadiosunun türkmən xidmətinə Saparmurad Türkmənbaşı rayonunun özünü Şadurdıyev kimi təqdim edən 36 yaşlı sakini deyib.

Amma AzadlıqRadiosu yeni məhdudiyyət barədə Miqrasiya xidmətindən heç bir şərh ala bilməyib.

AzadlıqRadiosu hələ bu il aprelin ortalarında məlumat vermişdi ki, hakimiyyət yaşı 30-a çatmayan gəncləri ölkədən xaricə buraxmamamağa hazırlaşır.

Türkmənistan hakimiyyəti bu məhdudiyyət barədə hələ ki, rəsmi açıqlama verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG