Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 19:29

Əfqanıstanda azı 33 nəfər öldürülüb


Kabildə xəstəxana, 11 iyun, 2018-ci il

İyunun 11-də Əfqanıstan paytaxtı Kabildə intiharçı hücumunda, Nangarhar və Kunduz vilayətlərində koordinasiya olunmuş hücumlarda üst-üstə azı 33 nəfərin öldürüldüyü bildirilir.

***

İyunun 11-də Taliban yaraqlıları Əfqanıstanın Kunduz vilayətində təhlükəsizlik qüvvələrinin postuna hücum edib, azı 15 nəfər öldürülüb.

Vilayət şurasının üzvü Aminullah Ayaddin-in deməsinə görə, hücum Qala-e Zal rayonunda əsgərlər iftar açmağa hazırlaşarkən baş verib. On əsgər və beş polis əməkdaşının öldürüldüyü bildirilir.

İyunun 11-də səhər Nangarhar vilayətinin paytaxtı Calalabadda da yaraqlıların hücumu baş verib. Rəsmilər hücumun Təhsil Departamentinə edildiyini bildirirlər.

Şərqi Qəzni vilayətində isə yol kənarına qoyulmuş bomba mikroavtobusu partladıb, altı nəfər həlak olub.

Ölənlər içində qadınların və uşaqların da olduğu bildirilir. Üç nəfər xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG