Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 06:40

Müsavat qurultaya hazırlaşır


Arif Hacılı

Müsavat Partiyası qurultay hazırlıqlarına start verib.

Qərar partiyanın məclisinin bu gün, iyunun 9-da keçirilmiş toplantısında qəbul edilib.

Partiyanın məlumatına görə, sessiyada Müsavat başqanı Arif Hacılı hesabat verib. O, ölkədəki ictimai-siyasi durum haqda danışıb, əsasə hüquq və azadlıqların durumunun acınacaqlı olduğunu ifadə edib.

A.Hacılı partiya fəallarının, ümumiyyətlə fəal insanların həbsinə diqqət çəkib.Bunu müxalifətə, xalqa basqı kimi dəyərləndirib.

Ssessiyada Müsavat Partiyasının qurultayına hazırlıqla bağlı təşkilat komitəsi yaradılmasına qərar verilib. 32 nəfərdən ibarət təşkilat komitəsi yaradılıb.

Qurulatayla bağlı qərarları komitə verəcək.

Müsavat Partiyasının bundan əvvəlki, sayca 8-ci qurultayı 2014-cü ilin sentyabrında keçirilib. Həmin vaxtadək partiyaya İsa Qəmbər başçılıq edib.

2014-cü ildə başqan Arif Hacılı seçilib. Həmin vaxt iqtisadçı Qubad İbadoğlu başda olmaqla bir qrup müsavatçı seçkinin nəticələrinə etiraz edərək partiyadan ayrılıb.

Ancaq hakimiyyət rəsmiləri ölkədə hüquq və azadlıqların boğulması ilə bağlı fikirləri qəbu etmir. Hakimiyyət rəsmiləri müxalif düşərgədə baş verən həbsləri də onların siyasi fəaliyyəti yox, konkret əməlllərlə izah edirlər.

Xatırlatma

Müsavat Partiyası 1911-ci ildə qurulub. Müsavatın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.

Sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərən partiyanın 1992-ci il noyabrın 8-də Bakıda keçirilən 3-cü qurultayında bərpa olunduğu açıqlanıb. İsa Qəmbər həmin gün bu partiyaya başqanı seçilib. Başqan seçilərkən 35 yaşı olan İsa Qəmbər o zamandan 2014-cü ilədək Müsavat partiyasına rəhbərlik edib.

İsa Qəmbər 1992-93-cü illərdə Milli Məclisin sədri olub. 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini də icra edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG