Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 23:31

Kira Muratova vəfat edib


Kira Muratova

Sovet dövrünün tanınmış rejissoru, ssenaristi və aktrisası Kira Muratova 83 yaşında dünyasını dəyişib.

Muratova iyunun 6-da Ukraynanın Odessa şəhərində vəfat edib. Məlumatı əri Yevhen Holubenko verib, ancaq ölümün səbəbi açıqlanmır.

Muratova-nın fərqli üslublu filmləri sovet hökumətinin sərt senzurasına məruz qalıb.

Onun 1960-70-ci illərdə çəkdiyi filmlərin çoxu yalnız Mikhail Gorbachev-in 1980-ci illərdəki islahatlarından sonra Sovet İttifaqında göstərilməyə başlayıb.

1934-cü ildə Soroka şəhərində anadan olmuş Kira Korotkova peşəkar həyatını demək olar bütövlükdə Odessada keçirib.

1988-ci ildə “Boz daşlar arasında” adlı filmi Kann Film festivalında göstərilib. 1990-cı ildə “Astenik sindrom” filmi Berlin beynəlxalq festivalında jürinin baş mükafatını qazanıb.

Muratova-nın filmləri 1991, 1995, 2005, 2007, 2009 və 2013-cü illərdə Rusiyanın Nika mükafatına layiq görülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG