Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 16:42

Manafort şahidə təsir göstərmək ittihamına ‘cavab verməlidir’


Paul Manafort

ABŞ-da dairə məhkəməsinin hakimi prezident Donald Trump-ın seçki kampaniyasının keçmiş rəhbəri Paul Manafort-a hökumətin ittihamlarına cavablandırmaq üçün vaxt verib. Yoxsa onun məhkəmə öncəsi zaminə buraxılması ləğv oluna bilər.

Hakim iyunun 5-də Manafort-un komandasına iyunun 8-dək vaxt qoyub ki, xüsusi prokuror Robert Mueller-in ittihamını cavablandırsın. Manafort işdə potensial şahidə təzyiq göstərmək cəhdində suçlanır. Mueller bu ittihamı əsas gətirərək məhkəmədən Manafort-un zaminə buraxılması məsələsinə yenidən baxmasını istəyib. Məhkəmə iyunun 5-nə təyin olunub.

Manafort-un sözçüsü Jason Maloni iyunun 5-də bu iddianı təkzib edib, müştərisinin “günahsız” olduğunu deyib, “məhkəmədə danışacağıq” deyə vurğulayıb.

Mueller Rusiyayla Trump-ın 2016-cı ildə seçki kampaniyası arasında mümkün əlaqələri araşdırır. Manafort çirkli pul yumada, xarici agent kimi qeydiyyatdan keçməməkdə ittiham olunur. Ancaq özü təqsirsiz olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG