Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:42

İldə 1,7 milyon uşaq ətraf mühit çirklənməsindən ölür


Türkiyəyə sığınmış əfqan miqrant uşaqlar
Türkiyəyə sığınmış əfqan miqrant uşaqlar

Yaşı 5-dən aşağı hər dörd uşaq ölümündən azı biri qeyri-sağlam ətraf mühitə bağlıdır. Hər il ətraf mühit risklərindən – qapalı və açıq hava çirkənlənməsindən, siqaret çəkənlərin təsirindən, natəmiz sudan, sanitariyanın yoxluğundan və qeyri-adekvat gigiyenadan yaşı 5-dən aşağı 1,7 milyon uşaq dünyasını dəyişir. Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iki yeni hesabatında bildirir.

Hesabatlar üzə çıxarıb ki, 1 aylıqdan 5 yaşadək uşaqlar arasında ölümün əsas səbəbləri – ishal, malyariya və pnevmoniya önlənə bilər. Bundan ötrü ətraf mühit riskləri azaldılmalıdır, təmiz suya və yemək bişirmək üçün təmiz yanacağa çıxış təmin olunmalıdır.

“Çirkli ətraf mühit özəlliklə, uşaqlar üçün ölümcüldür. Onların inkişaf etməkdə olan orqanları və immun sistemləri, daha kiçik bədənləri və nəfəs yolları çirkli və hava qarşısında onların zəiflədir”, – ÜST-nin baş direktoru Margaret Chan deyib.

Margaret Chan
Margaret Chan

Körpələr ziyanlı maddələrin təsirinə ana bətnində məruz qalır. Çirkli hava böyüməkdə olan körpələrdə ürək xəstəliklərinə, iflicə, xərçəngə də yol açır.

FAKTLAR

Hər il 5 yaşadək 570 min uşaq pnevmoniya kimi respirator infeksiyalardan dünyasını dəyişir. Bu, hava çirklənməsi, siqaret çəkənlərin olduğu mühitdə böyüməklə izah olunur.

Yaşı 5-dən az 361 min uşaq diarreyadan dünyasını dəyişir və səbəb təmiz su, sanitariya və gigiyenaya çıxışın zəifliyidir.

270 min körpə birinci aylığında, erkən doğulma səbəbindən ölür. Bu səbəbi təmiz su, sanitariya və gigiyenaya çıxışı yaxşılaşdırmaqla aradan qaldırmaq olardı.

Malyariyadan 200 min uşağın ölümünü isə yenə də ətraf mühitlə bağlı tədbirlər görməklə önləmək mümkündür – ağcaqanadların bəslənmə yerlərini məhdudlaşdırmaqla, içməli su anbarlarını örtməklə və sairə.

Yaşı 5-dən az 200 minədək uşaq zəhərlənmə, yıxılma, boğulma kimi ətraf mühitə bağlı, ancaq təsadüfi xəsarətlərdən dünyasını dəyişir.

Serbiyada etiraz aksiyası, arxiv fotosu
Serbiyada etiraz aksiyası, arxiv fotosu

Amma yaranmaqda olan ətraf mühit təhlükələri də mövcuddur, məsələn, köhnə mobil telefonlar kimi elektron vasitələr dövriyyədən düzgün çıxarılmır, uşaqlar zəhərli maddələrin təsirinə məruz qalır və bu onlarda əqli gerilik, diqqət çatışmazlığı, ağciyər zədəsi, xərçəng yarada bilər.

İqlim dəyişikliyi, temperatur, dəm qazının səviyyəsi artdıqca ətraf mühitə təsirsiz ötüşmür, bu da özünü uşaqlarda astma xəstəliyinin artmasında göstərir. Bütün dünyada 5 yaşlı və daha böyük uşaqların 11-14 faizində astma simptomlarının olduğu bildirilir.

ÜST uşaqların ərzaq, su, havayla bağlı zərərli məhsulların da təsirinə məruz qaldığını bildirir.

Qurum sözügedən problemlərin aradan qaldırılmasından ötrü bir neçə hökumət sektorunun, məktəblərin, səhiyyə ocaqlarının, nəqliyyat, kənd təsərrüfatı, sənaye sektorlarının birlikdə işləməsinin vacibliyini vurğulayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG