Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 09:11

Göyçayda seldə köçürülən ailələr evlərinə qaytarılıb


Sel avtomobil körpüsünü dağıdıb

«Göyçay çayına gələn güclü sel nəticəsində dağılaraq yararsız hala düşən avtomobil körpüsünün bərpası məqsədilə işlərə başlamaq üçün suyun səmtinin dəyişdirilməsinə çalışılır».

Bunu Göyçay Rayon İcra Hakimiyyəti başçısını birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri İkram Vəliyev bildirib:

«İyunun 3-ü səhərə kimi iş gedib, beton gətirilib. Suyun körpünün yuduğu hissələrini bərpa etməkdən ötrü hazırlıq görülür. Suyun səviyyəsi bir az da aşağı düşən kimi körpünün bərpasına başlanacaq».

Birinci müavinin deməsinə görə, uçan piyada körpünün də bərpasına başlanılıb.

«Əhalinin hərəkəti üçün alternativ yol var və bu məsələdə çətinlik yaşanmır», - İ.Vəliyev bildirib.

İ.Vəliyev sel təhlükəsi ilə bağlı köçürülmüş ailələrin isə öz evlərinə qaytarıldığını deyib.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri vurğulayıb ki, hələlik selin rayona vurduğu ziyan tam hesablanmayıb.

Xatırlatma

İyunun 2-də axşam saatlarında Göyçay çayına gələn sel avtomobil körpüsünü dağıdıb.

Nəticədə Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb. Sürücülər alternativ olaraq Göyçay-Ucar-Kürdəmir-Bakı yolundan istifadə edirlər.

Sel, üstəlik, çay üzərindəki piyada körpüsünü də uçurub. Bununla da şəhərin bir hissəsinin, həmçinin 30-dan çox kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG