Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 18:59

İtaliya prezidenti populist partiyaların iqtisadiyyat naziri postuna antiavropa namizədini rədd edincə ölkədə siyasi böhran yaranıb. Yeni seçki keçirilmə ehtimalı yaranıb.

Prezident Sergio Mattarella belə bir qərar verəndən sonra populistlərin baş naziri Giuseppe Conte kabineti tamamlamaq, yeni hökumət yaratmaq yönündəki işini dayandırıb.

Mattarella xalqa müraciətində deyib ki, avroskeptik Liqanın və 5-Ulduz Hərəkatının 81 yaşlı namizədi Paolo Savona-nı iqtisadiyyat naziri postuna qəbul etməyib.

Prezident hökumətə digər namizədləri təsdiqlədiyini, Savona-nın təsdiqlənməsinin isə maliyyə bazarlarına və İtaliya iqtisadiyyatına mənfi təsir göstərəcəyini söyləyib.

Onun deməsinə görə, İtaliyanın avrodan imtinasını dəstəkləməyən birinin bu posta namizəd irəli sürülməsini xahiş edib.

Savona avronu “alman qəfəsi” adlandırıb, İtaliyanın “gərəkərsə”, vahid valyutadan imtina planına ehtiyac olduğunu vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG