Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:25

GAZ şirkətinə sanksiyalara görə əlavə vaxt verildi


Rusiya prezidenti Vladimir Putin GAZ-ın işçiləri ilə görüşdə, dekabr, 2017-ci il

Birləşmiş Ştatlar mayın 22-də Rusiyanın GAZ avtomobil şirkətinin ABŞ-dakı müştərilərinə şirkətlə biznesi tamamlamaq üçün əlavə vaxt verib. Bu, GAZ sahibi Oleg Deripaska-ya sanksiyaların yumşadılması yolunda daha bir addımdır.

Birləşmiş Ştatlar ötən ay Deripaska-ya və şirkətlərinə sanksiyalar qoyub. Sanksiyalara məruz qalan digər maqnatlar arasında Kremlə yaxın digər şəxslər də var. Bu addım Moskvanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsinə cavab olaraq atılıb.

Sanksiyalar GAZ-ın ABŞ-ın Cummins Inc., eləcə də Almaniyanın Volkswagen və Daimler şirkətləri ilə kontraktlarına təsir göstərə bilər.

ABŞ Xəzinədarlığı bildirib ki, GAZ-ən ABŞ-dakı müştəriləri iyunun 5-dək deyil, oktyabrın 23-dək şirkətlə əməliyyatları və kontraktları bitirməlidirlər.

GAZ məsələni şərh etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG