Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 06:10

XİN Laçının işğalının 26-cı ildönümü ilə bağlı açıqlama yayıb


XİN

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Laçın rayonunun işğalının 26-cı ildönümü ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Ermənistanın Azərbaycana təcavüzünün davamı kimi 1992-ci il mayın 18-də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal olunub: «İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb. Hal-hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır. Ermənistan rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirib. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri məhv edilib».

H.Hacıyevin bildirməsinə görə, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb: «Laçın Tarix Muzeyi, onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin, talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda «Sotheby's» auksionunda 80 min ABŞ dollarına satılıb».

19 laçınlının qurtuluş dastanı (və ya 53 günlük mühasirə necə yarıldı)
Gözlə

No media source currently available

0:00 0:04:49 0:00

H.Hacıyevin fikrincə, Ermənistan başa düşməlidir ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman onun güddüyü siyasi nəticələri verə bilməz: «Azərbaycan ərazilərinin işğalına son qoyulması və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərindən çıxarılması hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça, davamlı sülhün təmin olunmasına töhfə verə bilər».

Xatırlatma

Ermənistan hərbi birləşmələri 1992-ci il mayın 18-də Laçın rayonunu işğal ediblər. Bu zaman 122 yaşayış məntəqəsinin ələ keçirildiyi deyilir. 300-ə yaxın insanın həlak olduğu və ya girov götürüldüyü bildirilir. Həmin vaxt 64 min nəfər sakinin məcburi köçkün düşdüyü açıqlanıb.

Bu rayonun işğalı ilə Ermənistan Dağlıq Qarabağla quru əlaqələr əldə edib.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ, ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) və bəzi əlavə kəndlər işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb. Ancaq hələ də tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG