Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 03:12

Uşaqların zərərli bilgilərdən qorunması qanunu gəlir


Uşaq

Milli Məclis «Uşaqların zərərli informasiyadan qorunması haqqında» Qanun qəbul edə bilər.

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin mayın 15-də keçirilən iclasında həmin qanun layihəsi müzakirə edilib.

Milli Məclisin bilgisində layihəni parlamentə prezident İlham Əliyevin təqdim etdiyi bildirilir.

Komitənin iclasında «Uşaqların zərərli informasiyadan qorunması haqqında» Qanunun yerli qanunvericiliyə, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq normalara uyğun hazırlandığı bildirilib.

5 fəsil, 19 maddədən ibarət olan qanun layihəsi uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar onların zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir. Qəbul edilərsə, qanun bu sahədəki münasibətləri tənzimləyəcək.

Qanunda uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplər və uşaqlardan ötrü zərərli informasiyanın növləri ilə bağlı məqamlar əks olunub.

Layihə yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsullarının ekspertizasına dair ümumi tələbləri, ekspertizanın aparılması qaydalarını və ekspert rəyinin verilməsi ilə bağlı məsələləri əhatə edir.

Deputatlar «Uşaqların zərərli informasiyadan qorunması haqqında» Qanun layihəsini bəyənib, Milli Məclisin plenar iclasına tövsiyə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG