Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 19:23

QMİ: Adambaşına 5-10 manat fitrə düşür


Oruc tutan Kəmalənin bircə iradı
Gözlə

No media source currently available

0:00 0:05:10 0:00

Oruc tutan Kəmalənin bircə iradı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası Ramazan ayının başlanması münasibətilə fətva verib.

Fətvada Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasına istinadən bildirilir ki, Ramazan ayının 1-i may ayının 17-nə təsadüf edəcək.

«Ay göründüyü andan Ramazani-şərif başlayacaq. Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir», - fətvada bildirilir.

Fətvada Ramazan bayramının vaxtı isə iyunun 15-i göstərilir.

«Ramazan bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyunun 15-nə təsadüf edəcək. Xalqımız tərəfindən hər il böyük coşqu ilə keçirilən Ramazan bayramı, eyni zamanda, dövlət səviyyəsində və qeyri-rəsmi iş günü kimi qeyd olunur», - məlumatda qeyd edilir.

Qazılar Şurası vurğulayır ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

«Fitrə canın sədəqəsi sayılır və imkanı olan müsəlman ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyaclı ailələrə verməyə mükəlləfdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür», - fətvada yazılır

Xatırlatma

İslam dininə görə, «Quran-i-Kərim» Ramazan ayında nazil olduğundan, bu ay müqəddəs sayılır. «Quran-i-Kərim»də həmin ayda oruc tutmaq vacib sayılır.

Oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla, bütün müsəlmanlara tövsiyə edilib.

Bu ayda mömin müsəlmanlar günün işıqlı vaxtlarında oruc tuturlar.

Oruc tutan insanlar iftara qədər (axşama qədər) yemək və su qəbul edə bilməzlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq yasaqdır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da İslam qaydalarına görə, xüsusilə günah sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG