Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 19:14

Avropa İttifaqı ilə əlaqələr müzakirə edilib


Ş.Mustafayev

«Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1500-dən çox şirkəti fəaliyyət göstərir. Ölkəmizə 15 milyard dollardan çox investisiya yatırılıb».

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin rəhbəri Sayyad Kərimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə iqtisadiyyat naziri Şahin Mustafayev belə deyib.

İqtisadiyyat Nazirliyinin bu gün, mayın 9-da yaydığı məlumata görə, Ş.Mustafayev Avropa İttifaqı ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edib. O, bu ilin iyununda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Avropa İttifaqı biznes forumunun əlaqələrin genişləndirilməsində və əməkdaşlıq perspektivlərinin müzakirəsində əhəmiyyətli olacağını vurğulayıb.

Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvləri müzakirələr məqsədilə bu həftənin əvvəlindən Bakıda rəsmi görüş və toplantılara qatılıblar. Onları mayın 7-də prezident İlham Əliyev də qəbul edib. Habelə, həmin gün Bakıda Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclası keçirilib.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Ötən il noyabrın 24-də Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı Ermənistanla «Hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşması» (Comprehensive and Enhanced Partnership Agreement - CEPA) adlı sənədi imzalayıb.

Azərbaycanla isə bu istiqamətdə ötən ildən başlayan danışıqlar hələ ki, yekunlaşmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG