Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 10:46

İnsan alveri qurbanlarının statistikası açıqlanıb


V.Eyvazov

Milli Məclisin bu gün, mayın 4-də keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov 2017-ci il üzrə illik hesabatı açıqlayıb.

Report-un xəbərinə görə, V.Eyvazov deyib ki, 2017-ci ildə həyata keçirilən tədbirlər nəticəsində 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər üzrə 26 fakt aşkarlanıb.

Koordinator bildirib ki, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsiz hala gətirilib. Cinayətlərin qurbanı olan 71 nəfər, o cümlədən 66 qadın və 5 kişi müəyyən edilib.

Y.Eyvazov deyib ki, bu 71 qurbandan 68-i Azərbaycan vətəndaşıdır: «Onlardan 43-u istismar məqsədi ilə Türkiyəyə, 9-u Birləşmiş Ərəb Əmirliklərinə, 8-i Rusiya Federasiyasına, 5-i Malayziya, 4-ü Pakistan İslam Respublikasına aparılıb».

Nazir müavini bildirib ki, insan alveri və məcburi əmək faktlarına görə başlanmış cinayət işlərindən 28-nin istintaqı tamamlanıb və 33 şəxs (25-i qadın, 8-i kişi) məhkəmə məsuliyyətinə verilib: «Onlardan 29-u barəsində ittiham hökmləri çıxarılaraq 23 nəfəri şərti məhkum olunub, 5 nəfər azadlıqdan məhrum edilib. 1 nəfər barədə isə hökmün icrası təxirə salınıb. İnsan alveri cinayətləri törətdiklərinə görə axtarışa verilən 55 təqsirləndirilən şəxsdən 32-i tutulub».

Milli koordinator qeyd edib ki, insan alveri qurbanlarının 65-i müvəqqəti sığınacağa yerləşdirilərək tibbi, psixoloji, hüquqi yardımlarla əhatə olunub. Onların hər birinə 400 manat məbləğində birdəfəlik müavinət ödənilib.

V.Eyvazovun sözlərinə görə, ailə mühitindən, pedaqoji və ictimai təsirdən kənarda qalan, küçələrdə işləyən, dilənçilik edən 570 uşaq müəyyən olunub.

Müzakirədən sonra sənəd səsvermə ilə qəbul edilib.

Multimedia

XS
SM
MD
LG