Keçid linkləri

Təcili xəbərlər
2021, 17 İyun, Cümə axşamı, Bakı vaxtı 21:05

İkinci peyk orbitə gələn ay buraxıla bilər


Azərbaycanın ilk peyki olan «Azerspace-1» 2013-cü ilin fevralında orbitə buraxılıb.

Azərbaycanın ikinci geostasionar peyki «Azerspace-2/Intelsat 38»in fəzaya göndərilməsinə hazırlıq gedir. Peykin orbitə buraxılması mayın 25-nə planlaşdırılıb.

AZƏRTAC-ın xəbərinə görə, bununla Fransanın «Arianespace» şirkəti məşğul olur.

Azərbaycanın peyki orbitə Cənubi Amerikanın şimal-şərqindəki Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan buraxılmalıdır. «Azerspace-2/Intelsat 38»in orbitə çıxarılmasına «Ariane 5 ECA» raket daşıyıcısı kömək edir.

Yanvarın 10-da «Azərkosmos» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Rəşad Nəbiyev «Azerspace-2»nin orbitə aprel ayında buraxılacağını açıqlamışdı.

Bundan əvvəl isə onun orbitə 2017-ci ildə buraxılacağı gözlənirdi.

Xatırlatma

«Azerspace-2»in tikintisi üzrə işlərə 2016-cı ilin əvvəllərində başlanıb.

Azərbaycanın ilk peyki olan «Azerspace-1» 2013-cü ilin fevralında orbitə buraxılıb. Həmin peyki «Azərkosmos» ASC idarə edir.

«Azərspace-1» 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir. O, Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

Verilən məlumata görə, «Azərkosmos» ASC dünyanın 20-dən çox ölkəsinə peyk xidmətləri ixrac etməkdədir.

XS
SM
MD
LG