Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 10:36

Elmar Məmmədyarov: ‘İraqa nümayəndə heyəti göndərmişik’


Elmar Məmmədyarov

“Rəsmi Bakı Azərbaycan əsilli insanların İraqdan vətənə qayıtmasından ötrü addımlar atır”.

“Turan” agentliyinin xəbərinə görə, bu sözləri Azərbaycan xarici işər naziri Elmar Məmmədyarov jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, İraq tərəfi bu məsələdə yardım etməyi vəd edib, amma bu vəziyyətdə Bakıdan asılı olan heç nə yoxdur.

“İraq hakimiyyəti istintaq aparır”, deyə o bildirib.

Nazir vurğulayıb ki, İraqda Azərbaycan əsilli qadınlar və uşaqlar var: “Onlar barəsində də araşdırma aparılmalı, onların oraya necə düşdüyü, orada və burada kimlərinin olduğu müəyyən edilməlidir”

Nazir daha sonra əlavə edib:

“Biz artıq İraqa səlahiyyətli nümayəndə heyəti göndərmişik, onlar orada işləyirlər”

***

"İraqda qadın və uşaqlarla bağlı Azərbaycan bizə rəsmi müraciət etməyib. İraq hökuməti olaraq, onlarla bağlı danışıqlar aparmağa hazırıq".

Bunu İraq xarici işlər nazirinin müavini Səid Şorş Xalid Bakıda bildirib. APA-nın xəbərinə görə, o vurğulayıb ki, bir çox ölkəyə uşaqlarının geri qaytarılmasında köməklik göstəriblər.

«İraqda qalan 27 uşağın qaytarılmasında Rusiyaya kömək etmişik. Azərbaycanla da bu məsələni müzakirə etməyə hazırıq. Onların geri qaytarılmasına dair qərara gələ bilərik. Bildiyimə görə, Azərbaycan tərəfdən bununla bağlı bizə rəsmi müraciət daxil olmayıb. Müraciət olarsa, əlbəttə ki, danışıqlara hazırıq»,- İraq xarici işlər nazirinin müavini bildirib.

Xatırlatma

Ötən ilin sentyabrında İraqın İŞİD-dən azad olan ərazilərindəki sığınacaqlarda Azərbaycan əsilli uşaqların olması üzə çıxmışdı. Onlardan Abdulla adlı uşaq Azərbaycana gətirilərək babasına təhvil verilmişdi.

Dövlət Təhlükəsizliyi Xidməti də bildirmişdi ki, son 5 ildə Azərbaycandan İŞİD sıralarına 900-a qədər şəxs qoşulub. Onlardan 151 nəfəri Azərbaycan qayıtdıqdan sonra mühakimə edilib.

Ötən ilin sonlarında xarici işlər naziri Elmar Məmmədyarov İraqda saxlanan Azərbaycan əsilli uşaqların, qadınların işi ilə Xarici İşlər, Daxili İşlər nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məşğul olduğunu bildirmişdi. Nazir demişdi ki, ilk növbədə İraq hökuməti ilə həmin insanların Azərbaycana gətirilməsi yolları və gələcək taleləri müzakirə ediləcək.

«Bu məsələ Bağdaddakı səfirliyimiz və konsulluğumuzun daimi diqqət mərkəzindədir. Bu məsələnin hər birinə fərdi qaydada baxılacaq. İstənilən insanı sadəcə götürüb ölkəyə gəlmək olmaz. İlk növbədə müvafiq hüquqi məsələlər müəyyənləşdirilməlidir. İraqda 100-dən bir az çox qadın və uşaq var. Bir ay ərzində bu siyahı tam dəqiqləşəcək», - nazir qeyd etmişdi.

Multimedia

XS
SM
MD
LG