Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 21:00

Formula-1 öncəsi avtomobillərin hərəkəti…


Formula-1 Bakıda

Qarşıdakı günlərdə Formula-1 yarışlarına hazırlıqla bağlı Bakının avtomobil yollarında nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı bildirilir.

«Turan» agentliyinin məlumatına görə, aprelin 6-dan 7-nə keçən gecə «Azneft» dairəsində tribuna qoyulması ilə əlaqədar Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Üstəlik, tikinti-quraşdırma işlərinin aparılması ilə əlaqədar aprelin 7-dən 8-nə keçən gecə Üzeyir Hacıbəyov küçəsinin Puşkin və Azadlıq prospekti arasındakı hissəsində hərəkət zolaqlarının sayı azaldılacaq.

Xəbərdə bildirilir ki, Səməd Vurğun küçəsinin Zərifə Əliyeva küçəsi və Neftçilər prospekti arasındakı hissəsi də aprelin 9-na keçən gecə hərəkətə bağlı olacaq.

Aprelin 11-dən 12-nə keçən gecə isə Dəniz vağzalının qarşısında Neftçilər prospektində yolun keçid hissəsinin də məhdudlaşdırılacağı bildirilir.

«Formula-1 Azərbaycan Qran Prisi – 2018» aprelin 27-dən 29-na kimi Bakıda keçiriləcək.

Xatırlatma

Azərbaycan 2016-cı ildən «Formula-1» Qran-pri yarışlarını təşkil edir.

Təşkilat Komitəsi ilə imzalanan sazişə görə, Azərbaycan 2017-ci ildən sonra daha 3 il bu yarışları keçirməlidir. Azərbaycan rəsmilərinin sözlərinə görə, əks halda, razılaşmaya əsasən, ölkəni 50 milyon dollar cərimə gözləyir.

Ölkə müxalifəti bu yarışların Bakıda keçirilməsinin əleyhinədir. Onlar deyirlər ki, beynəlxalq yarışların təşkilinə ayrılan pullar xalqın ehtiyaclarına sərf edilməlidir.

Rəsmilər «Formula-1» Qran-pri yarışlarına ümumilikdə çəkilən xərcləri açıqlamırlar.

Multimedia

XS
SM
MD
LG