Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 17:27

Kosovodan türklərin deportasiyası araşdırılacaq


Müəllimləri deportasiya olunmuş Mehmet Akif Kollecinin tələbələri etiraz edir, 29 mart, 2018-ci il

Aprelin 4-də Kosovo parlamenti altı türkiyəlinin ölkədən deportasiyasının araşdırılmasına səs verib. Türkiyə prezidenti Recep Tayyip Erdogan-ın opponentləri olan həmin şəxslərin saxlanması və deportasiyası ölkədə qalmaqal yaradıb.

Martın 29-a gerçəkləşdirilmiş deportasiyanı Kosovonun daxili işlər naziri və kəşfiyyat idarəsi rəhbəri təsdiqləmişdi. Bir gün sonra baş nazir Ramush Haradinaj onları işdən çıxarıb, bu əməliyyatı onun icazəsi olmadan apardıqlarını bildirib.

Deportasiya olunmuş türklərin Fethullah Gulen hərəkatına bağlılığı olduğu bildirilir. Erdogan Gulen hərəkatını 2016-cı ilin uğursuz çevriliş cəhdinin arxasında durmaqda suçlayır. Gulen isə bunu təkzib edir.

Bu deportasiya insan haqları qrupları və Avropa Birliyinin tənqidinə səbəb olub. AB aprelin 3-də bildirib ki, bu məsələ Priştina və Ankaranın “hüququn aliliyinə və insan haqlarına sayqısı”yla bağlı suallar yaradır.

Haradinaj-ın aprelin 4-də deməsinə görə, o, Avropa Birliyi və Vaşinqtona bildirib ki, “bu, bur səhv və təsadüf olub, onlardan bunu anlamağı, həllinə kömək göstərməyi” xahiş edib.

Türkiyəylə Kosovo AB-yə üzv olmaq istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG