Keçid linkləri

Təcili xəbərlər
2018, 16 İyul, Bazar ertəsi, Bakı vaxtı 08:32

«Magistraturaya qəbul imtahanının ikinci mərhələsində qəbul proqramları üzrə tövsiyə olunan ədəbiyyat siyahısına rus dilində olan çoxlu sayda köhnə nəşrlər daxildir. Bu, bakalavrların magistraturaya hazırlaşmasına çətinlik yaradır».

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bu qurumun Direktorlar Şurasının aprelin 3-də keçirilmiş iclasında belə deyib.

M.Abbaszadə azərbaycandilli ədəbiyyatın azlığını vurğulayıb: «Bəzi ali məktəb müəllimləri Azərbaycan dilində elmi ədəbiyyatın və elektron resursların azlığı səbəbindən xarici dildə olan ədəbiyyatı tərcümə edərək tələbələrə təqdim edirlər. Yaxud bu materialları hansısa internet resurslarında yerləşdirirlər. Lakin ali məktəblərin təqdim etdiyi ədəbiyyat siyahısında mənbə kimi hər hansı internet resursların adlarına rast gəlinmir».

DİM sədri hesab edir ki, ali təhsil müəssisələrinin qarşısında elmin aparıcı sahələri üzrə internet resurslarının yaradılması və istifadə olunan əsas tədris materiallarının orada yerləşdirilməsi məsələsi qaldırılmalıdır.

M.Abbaszadə DİM-in keçirdiyi monitorinq imtahanlarının nəticələri barədə də danışıb: «2013-cü il ilə müqayisədə 2017-ci ildə Azərbaycan və rus dili fənləri üzrə nəticələrdə müsbət dinamika müşahidə olunur. Lakin riyaziyyat fənni üzrə müsbət dinamika müşahidə olunmur».

Günün bütün mövzuları

XS
SM
MD
LG