Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:25

Belarusa çağırış: Saxlananlar buraxılsın


Belarusda 25 mart yürüşü

Avropa Birliyi Belarusu ötən həftəsonu Minskdə razılaşıdırılmamış yürüş keçirərkən saxlanmış müxalifət fəallarının hamısını buraxmağa çağırıb.

Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini-nin sözçüsü bu çağırışı martın 26-da edib. Bir gün öncə isə Belarus hakimiyyəti 30-dan çox fəalı saxlayıb.

Saxlananların çoxu axşamadək buraxılsa da, prezidentliyə keçmiş namizədlər Mikalay Statkevich və Uladzimir Nyaklyaeu həbsdə qalıb. Məlumatı Viasna insan haqları mərkəzi yayıb.

Sözçü Maja Kocijancic Belarus hakimiyyətinin reaksiyasını “qeyri-mütənasib” adlandırıb.

Belarusun universal fundamental azadlıqlar, hüququn aliliyi və insan haqlarına sayqı yönündə atdığı addımlar Avropa Birliyinin bu ölkəylə münasibətini formalaşdırmasında vacib amil sayılacaq”, – o deyib.

Minskdə planlaşdırılan yürüşün məqsədi Belarusun 1918-ci ildə Rusiyadan ayrılmasının 100 illiyini qeyd etmək idi.

XS
SM
MD
LG