Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 10:20

Ötən il 3 min ton bal istehsal olunub


Azərbaycanın bütün ballarının sərgi-satışı
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Azərbaycanın bütün ballarının sərgi-satışı

2017-ci ildə Azərbaycanda 21165 təsərrüfatda 271.7 min arı ailəsi mövcud olub.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir.

Həmin təsərrüfatlardan 3043.1 ton bal, 90.2 ton mum, 11.2 ton vərəmum, 8.1 ton güləm və 281.7 kq arı südü əldə olunub.

«Balın 1 kiloqramının orta satış qiyməti 23.7 manat, mumun orta satış qiyməti 11.5 manat, vərəmumun orta satış qiyməti 116.7 manat, güləmin orta satış qiyməti 56.7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 4.9 manat olub», - məlumatda vurğulanır.

Vərəmum qatranabənzər müalicəvi məhsuldur. Güləmdən də müalicəvi məqsədlə istifadə edilir.

Arı mumu arıların şan düzəltməkdən ötrü hasil etdikləri maddədir. Arı südü isə ana arının yemlənməsınə sərf olunur.

DSK vurğulayır ki, 2017-ci ildə 54.8 min ABŞ dolları dəyərində 6.5 ton bal beş ölkəyə ixrac edilib. Onun da 93.8 faizi Yaponiyanın payına düşür.

DSK həmçinin bildirir ki, «Arıçılıq haqqında» Qanununun qəbul edildiyi dövrdən sonrakı 9 ildə arı ailələrinin sayı 1.9 dəfə, bal istehsalı isə 2.2 dəfə artıb.

2016-cı il isə arıçılıqla bağlı uğurlu olmayıb. 1543 arı ailəsi xəstəlikdən məhv olub.

İki il əvvəl yalnız 207.8 ton bal istehsal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG