Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:19

Elektron lisenziyanın bəxti açılır


Kiçik sahibkar birgünlük vergilər naziri olsaydı...
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Kiçik sahibkar birgünlük vergilər naziri olsaydı...

Lisenziya və icazələrin elektron qaydada verilməsini nəzərdə tutan «Lisenziyalar və icazələr» portalı artıq fəaliyyətə başlayıb.

«Turan» agentliyinin xəbərinə görə, bu haqda martın 14-də keçirilmiş təqdimat mərasimində məlumat verilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən ötrü tələb olunan lisenziyaların və icazələrin elektron qaydada verilməsini təmin etməli olan resurs martın 1-dən test rejimində işə başlayıb. Onun deməsinə görə, artıq lisenziya.gov.az ünvanı üzərindən müraciətlərin qəbulu, rəylərin alınması və nəticələrin rəsmiləşdirilməsi mümkündür.

Portaldan faydalanmaqdan ötrü elektron imza tələb olunur.

Xatırlatma

«Lisenziyalar və icazələr haqqında» Qanun 2016-cı il martın 15-də qəbul edilib və iyunun 1-dən qüvvəyə minib. Qanuna əsasən, sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayı 330-dan 87-ə endirilib.

2016-cı il aprelin 20-də qanunun tətbiqi haqqında fərmanda prezident elektron lisenziya portalının əsasnaməsini hazırlamaqdan ötrü İqtisadiyyat Nazirliyinə və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə bir ay vaxt vermişdi. Portalın əsasnaməsinin təsdiqlənməsinə isə 9 ay tələb olundu.

2016-cı ilin iyununda İqtisadiyyat Nazirliyi «Elektron lisenziya» portalının yaradılmasına dair müsabiqə elan etdi. Bu zaman tender iştirakçıları qarşısında qoyulan tələblərdən biri təklifin qısa müddətə icrası idi.

Portalın hazırlanması üzrə tenderdə «İnnovasiyalar Mərkəzi» MMC-nin qalib gəldiyi, onunla 737 min 901 manat dəyərində müqavilə bağlandığı bildirilir.

Hazırda 25 sahibkarlıq fəaliyyəti növü üzrə lisenziyaları İqtisadiyyat Nazirliyi «ASAN Xidmət» mərkəzləri vasitəsilə verir.

Multimedia

XS
SM
MD
LG