Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 00:21

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər və Müsavat Partiyasının başqanı Arif Hacılı fevralın 28-də Türkiyəyə yol düşüblər. Bunu Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

G.Aslanlı deyib ki, İsa Qəmbərin Türkiyə səfərində məqsəd həm müayinədən keçmək, həm də çoxdan planlaşdırılan görüşləri həyata keçirməkdir:

“İ.Qəmbərin müayinəsi səhhətindəki hər hansı problemlə bağlı deyil, sırf profilaktik xarakter daşıyır”.

Müsavat Partiyasının keçmiş başqanı və Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bu il yanvarın 13-də ürəyində yaranan narahatlıqla bağlı xəstəxanaya yerləşdirilib. Onun ürəyinə stend qoyulub və yanvarın 18-də xəstəxanadan evə buraxılıb.

O, ötən həftə yenidən xəstəxanaya yerləşdirilmişdi. Mərkəz rəhbəri dünən - fevralın 27-də xəstəxanadan çıxıb.

Xatırlatma

İsa Qənbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri, 1992-93-illərdə parlamentin sədri olub. Müəyyən müddət prezident səlahiyyətlərini də icra edib.

İsa Qənbər 2014-cü ilə qədər Müsavat Partiyasına rəhbərlik edib. O, bu il də Müsavat Partiyasının prezidentliyə namizədi idi. Ancaq oktyabrda keçirilməli olan prezident seçkiləri dövlət başçısının istəyi ilə aprelin 11-nə keçirildikdən sonra partiya boykot qərarı verdi. Müsavat Partiyası hesab edir ki, ölkədə azad və ədalətli seçkilərdən ötrü şərait yoxdur. Hərçənd rəsmilər bu fikri qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG