Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 06:23

2018-ci ilin yanvarında Azərbaycana dünyanın 138 ölkəsindən 186.2 min xarici vətəndaş gəlib. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 16.4 faiz çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) fevralın 22-də yaydığı məlumatda yazılır.

Məlumata görə, gələnlərin 30.7 faizi Rusiyanın, 24.5 faizi Gürcüstanın, 13 faizi Türkiyənin, 7.2 faizi isə İranın payına düşür.

Bundan başqa, daha 4.4 faiz Birləşmiş Ərəb Əmirliklərindən, 2.2 faiz Ukraynadan, 1.7 faiz İraqdan, 16 faizdən çoxu isə başqa ölkələrdən gəlib.

Məlumata görə, körfəz ölkələrindən gələnlərin sayında daha çox artım var. 2017-ci ilin yanvar ayı ilə müqayisədə Azərbaycana gələn Küveyt vətəndaşlarının sayı 6.4 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2.9 dəfə, Qətər vətəndaşlarının sayı 2.7 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı da 2.6 dəfə artıb.

2018-ci ilin yanvar ayında Avropa Birliyinə üzv ölkələrdən gələnlərin sayı isə 7 faiz azalaraq, 5.8 min nəfərə düşüb.

Gedənlər...

DSK bildirir ki, 2017-ci ilin yanvar ayına nisbətən xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 3 faiz azalıb. Ötən ay Azərbaycandan xaricə 299.3 min nəfər gedib.

Ölkə vətəndaşlarının 32.6 faizi Gürcüstana, 23.8 faizi İrana, 23.4 faizi Rusiya Federasiyasına, 12.5 faizi Türkiyəyə, 1.9 faizi Ukraynaya, 1.5 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 4.3 faizi isə digər ölkələrə səfər edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG