Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:07

Prezident 'Cənub Qaz Dəhlizi'nin xeyrindən danışıb


Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası keçirilir.

“Cənub Qaz Dəhlizi” Məşvərət Məclisinin yaradılmasında məqsəd səylərimizi əlaqələndirmək idi. Bu layihənin icrası şirkətlərin işə sadiqliyi nəticəsində mümkün olur”.

Bu gün, fevralın 15-i Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasındakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev belə deyib.

AzərTAC-ın xəbərinə görə, prezident bu layihə çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

‘’Cənub Qaz Dəhlizi’ layihəsinə dünyanın aparıcı maliyyə təsisatları öz töhfələrini verir. İrimiqyaslı layihələrin reallaşdırılması güclü, effektiv komandanın yaradıldığını nümayiş etdirir və beynəlxalq əməkdaşlığı daha da artırır’, – deyən prezident vurğulayıb ki, "Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi Azərbaycanın strateji məqsədlərindən biridir.

Buna da bax: Tofiq Zülfüqarov: 'Azərbaycan xalqı heç vaxt indiki kimi yaxşı yaşamayıb'

Layihənin icrasının enerji ehtiyatlarının istifadəsinə, insan kapitalına və infrastrukturun yaradılmasına uzunmüddətli töhfə verdiyini ifadə edən İ.Əliyev işlərin həlledici mərhələyə daxil olduğunu vurğulayıb.

“Cənub Qaz Dəhlizi”nin vacib seqmenti olan TANAP kəmərinin inşasına dair sazişin əhəmiyyətindən bəhs edən İ.Əliyevə görə, bu layihə iqtisadi fayda baxımından bütün iştirakçı dövlətlərə əhəmiyyətlidir.

İ.Əliyev həmçinin “Azəri-Çıraq-Günəşli” neft yataqlarının istismarına dair müqavilənin 2050-cı ilə qədər uzadılmasından, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru xətlərinin inşasından bəhs edib.

Buna da bax: N.Məmmədov: 'Yeddi ilin memarı İlham Əliyev olmalıdır'

Azərbaycanın iqtisadi sahədəki göstəricilərindən də danışan prezident Avropa Birliyi ilə münasibətlərə toxunub.

O, qeyd edib ki, Avropa Birliyi ilə yeni saziş əməkdaşlıqda yeni format yaradacaq.

Prezident ölkənin iqtisadi vəziyyətindən də danışıb.

“Biz iqtisadiyyatı şaxələndirmək üçün insan kapitalına investisiya yatırmışıq. iş yerləri açmışıq, müasir infrastruktur layihələri yaratmışıq. 2018-ci il yanvar ayının nəticələri göstərir ki, iqtisadiyyatımız əsasən qeyri-enerji sektorunda inkişaf edir. Burada iqtisadi artım 4 faizə yaxın olub. Yanvarda sənayemizin qeyri-enerji sektorunda iqtisadi artım 8,7 faiz olub”, – deyə prezident vurğulayıb.

Xatırlatma

Bu gün, fevralın 15-də Bakıda «Cənub Qaz Dəhlizi»nin Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası başlayıb.

Görüşdə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnion iştirak edib.

Bundan başqa, Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson da qonaqlar arasında olub.

Habelə, bir sıra ölkələrin də təmsilçiləri toplantiya qatılıblar.

«Cənub Qaz Dəhlizi»nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də keçirilib.

«Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. Bu ilin sonlarında bu layihə çərçivəsində Azərbaycan qazının Türkiyəyə, sonrakı illərdə isə Avropaya nəqli gözlənilir.

TANAP (Trans Anadolu Qaz Kəməri) və TAP (Trans Adriatik Qaz Kəməri) onun tərkib hissələridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG