Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 09:19

ABŞ-ın xüsusi elçisi İlham Əliyevin qəbulunda


Prezident İ.Əliyev ABŞ nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev fevralın 14-də ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən Syu Saarnionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasında iştirakına görə S.Saarnioya minnətdarlığını bildirib.

Prezident İ.Əliyev «Cənub Qaz Dəhlizi» layihəsinin həyata keçirilməsində ABŞ hökumətinin verdiyi dəstəyi yüksək qiymətləndirib. Layihə üzrə işlərin cədvələ uyğun getdiyini deyən dövlət başçısı bunu birgə səylərinin nəticəsi kimi dəyərləndirib.

Xanım S.Saarnio da öz növbəsində ABŞ-ın «Cənub Qaz Dəhlizi» layihəsinə dəstək verdiyini bir daha vurğulayıb.

Xatırlatma

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 4-cü iclası sabah, fevralın 15-də keçiriləcək.

«Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının (Şahdəniz) Avropaya nəqlini nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG