Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 04:10

İŞİD lideri Baghdadi “sağdır, amma xəstədir”


Abu-Bakr al-Baghdadi

İslam Dövləti (İŞİD) lideri Abu Bakr al-Baghdadi sağdır, amma döyüşdə yaralanandan sonra Suriyada xəstəxanada müalicə olunur. Bunu İraq rəsmisi deyir.

Terror təşkilatının daxilindəki mənbələrdən aldığımız təkzibolunmaz informasiya və sənədlərə əsasən deyə bilərik ki, al-Baghdadi hələ sağdır və gizlənir”, – İraqın kəşfiyyat rəhbəri Abu Ali al-Basri fevralın 12-də hökumətin Al-Sabah qəzetinə deyib ki, qruplaşma rəhbəri Suriyanın şimal-şərqindəki Cəzirə regionunda gizlənir.

Hazırda İŞİD Suriyanın Hasaki vilayətində güclü mövqelərini saxlayır, amma özünün elan etdiyi “xilafət”in böyük hissəsini itirib. Vaxtilə xilafət İraq və Suriyanın üçdə birini əhatələyirdi.

Basri-nin sözlərinə görə, Baghdadi “yaralardan, diabetdən, bədənində və ayaqlarında sınıqlardan əziyyət çəkir, köməksiz gəzə bilmir”. Onun “İŞİD-in İraqdakı mövqelərinə hava zərbələrində” yaralandığı vurğulanır.

İraq hakimiyyəti ötən həftə “beynəlxalq səviyyədə axtarılan terrorçu liderlər”in siyahısını elan edib. Siyahıya Baghdadi başçılıq edir. O, 1971-ci ildə doğulub, əsl adı Ibrahim Awad Ibrahim Ali al-Badri al-Samarrai-dir. Ötən iyunda Rusiya onun Raqqaya hava zərbəsində öldürülmə ehtimalını səsləndirdi, amma ABŞ rəsmiləri İŞİD liderinin sağ qaldığına inandıqlarını deyirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG