Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 19:48

Tillerson Yaxın Şərqə gedir


Rex Tillerson

ABŞ dövlət katibi Rex Tillerson Yaxın Şərqə səfər edəcək. Bu səfər Suriyada durumun kəskinləşdiyi bir dönəmə təsadüf edir.

Dövlət Departamenti fevralın 8-də bildirib ki, Tillerson 11-16 fevral tarixlərində İordaniya, Türkiyə, Livan, Misir və Küveytə səfər edəcək.

Tillerson-un rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Küveytdə İslam dövləti qruplaşmasını məğlub etməyi hədəfləyən qlobal koalisiyanın nazirlər iclasına və İraqın Bərpası Konfransına qatılacaq.

Tillerson-un region liderləriylə danışıqlarında Suriyada yeddi ildir gedən vətəndaş müharibəsinin əsas müzakirə mövzusu olacağı bildirilir.

Fevralın 8-də BMT-nin Təhlükəsizlik Şurası BMT humanitar rəsmilərinin Suriyada bir aylıq humanitar atəşkəs elan olunmasıyla bağlı müraciətini rədd edib. Bu arada Birləşmiş Ştatlar Suriya hökumətini və Rusiyanı üsyançıların əlində olan ərazilərə hücumları dayandırmağa çağırıb.

Rusiya ABŞ-ın dəstəklədiyi atəşkəs çağırışına qarşı çıxıb, onu qeyri-real adlandırıb.

Bu çağırışdan öncə ABŞ koalisiyası Suriyaya hava və quru hücumları gerçəkləşdirib, 100-dən çox hökumət döyüşçüsünün öldürüldüyü bildirilib. Koalisiya bunu həmin qüvvələrin ABŞ-ın müttəfiqi olan Suriya Demokratik Qüvvələrinə (SDF) “səbəbsiz hücumu”yla izah edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG