Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Aprel, Cümə, Bakı vaxtı 16:31

Almaniyada koalisiya danışıqları azı bir gün də uzadılıb


Angela Merkel

Almaniyada “böyük koalisiya”nın yaradılmasıyla bağlı danışıqların müddəti fevralın 5-dək uzadılıb. Tərəflər fevralın 4-də yekun razılaşmanı əldə edə bilməyiblər.

Kansler Angela Merkel-in mühafizəkarlarıyla sol mərkəzçi Sosial Demokratlar yeni hökuməti qurmağa, yeni seçkinin çağrılmamasına çalışırlar. Yeni seçki keçirilərsə, ifrat sağçıların parlamentdə daha çox yer qazanmaq şansı var.

Sosial demokratların baş katibi Lars Klingbeil deyib ki, tərəflər fevralın 5-də yenidən görüşməyə razılaşıblar. Onun sözlərinə görə, bəzi məsələlərlə bağlı məsafə qalır və partiyalar “daha dərindən danışmaq istəyirlər”.

Rəsmilərin sözlərinə görə, razılaşmanın əldə olunması üçün səhiyyə və əmək siyasətiylə bağlı əsas məsələlər razılaşdırılmalıdır.

Merkel də “vacib məqamlar”ın aydınlaşdırılmalı olduğunu söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG