Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 21:25

Sumqayıtda yeni dənizkənarı bulvarın tikintisində iştirak edən bir qrup sahibkar narazılıq edir. Onlar deyir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin onlara borcu var, qurum borclarını ödəmək istəmir.

Sahibkarlar bu gün, yanvarın 29-u Prezident Administrasiyasına gedərək onlara olan borcun ödənilməsinə yardım istəyiblər.

Sahibkarlar administrasiyada qəbul ediliblər. Onlara bildirilib ki, yanvarın 31-də prezidentin köməkçilərindən biri sahibkarları dinləyəcək.

«Turan» agentliyinin xəbərinə görə, Sumqayıt Şəhər İcra Hakimiyyətində sahibkarların şikayətindən xəbərdardırlar. Ancaq agentliyin xəbərinə görə, icra hakimiyyətinin mətbuat xidmətindən bildiriblər ki, nə şəhər hakimiyyətinin başçısı Zakir Fərəcov, nə də onların digər rəsmi nümayəndəsi borclara görə maliyyə məsuliyyəti daşıyır.

«Sumqayıt Şəhər İcra Hakimiyyəti borclarını tələb edən şəxslər ilə müqavilə və ya digər saziş üzrə tərəf deyil. Həmin borclara məsul şəxs vəsaitləri mənimsədiyinə görə həbs edilib», - Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib.

Sumqayıt Dənizkənarı Bulvarının 2016-cı il sentyabrın 27-də açılışı olub. Açılış mərasimində prezident İlham Əliyev də iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG