Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 12:19

Biznes qurumlarının 141 qrant müqaviləsi qeydə alınıb


Şahin Mustafayev

İqtisadiyyat Nazirliyi 2017-ci ildə sahibkarlara 1646 lisenziya verib. Bunun 1027-si yeni, 619-u yenidən rəsmiləşdirilmiş lisenziyalardır.

Bu haqda bu gün, yanvarın 24-də İqtisadiyyat Nazirliyində keçirilən toplantıda nazir Şahin Mustafayev məlumat verib.

Nazirin sözlərinə görə, 2015-ci ilin noyabrından (lisenziyaların verilməsinə başlanıldığı dövrdən) indiyədək sahibkarlara ümumilikdə 5 min lisenziya təqdim edilib.

Nazirin bildirməsinə görə, indiyədək sahibkarlara dəyəri 2 milyard manatdan çox olan layihələr üzrə 236 investisiya təşviqi sənədi verilib.

Onun qeyd etməsinə görə, səkkiz iqtisadi rayonu əhatə edən investisiya layihələrinin 0,4 faizi Bakı şəhərinin, 38,1 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 61,5 faizi isə digər bölgələrin payına düşür. Layihələrin 38,1 faizi kənd təsərrüfatı, 61,9 faizi isə sənaye sahələrini əhatə edir:

“Bu layihələrin reallaşması nəticəsində 16 minə yaxın yeni iş yerinin açılacağı gözlənilir”.

Ş.Mustafayev ötən il kommersiya hüquqi şəxslərin 141 qrant müqaviləsinin nazirlikdə qeydiyyata alındığını ifadə edib. O, sahibkarlıq subyektlərində yoxlamaların azalmasına diqqəti çəkib.

Nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev isə 1953 sahibkara geri qaytarılan vəsaitlər hesabına 146 milyon manat güzəştli kredit verildiyini bildirib.

“Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6 min 600-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır. Kreditlərin 65 faizi respublikanın regionlarının, 35 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür”, - o, əlavə edib.

Şirzad Abdullayevin sözlərinə görə, ümumilikdə, indiyədək layihələrinin ümumi dəyəri 4 milyard manatdan çox olan 34 min 600 sahibkara 2,1 milyard manat güzəştli kredit verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG