Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 13:57

İ.Əliyev Davosda B.Netanyahu ilə görüşüb


B.Netanyahu və İ.Əliyev

Yanvarın 24-də Azərbaycan prezidenti İlham Əliyevin Davosda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

Prezidenti İ.Əliyev yanvarın 22-də Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etməkdən ötrü İsveçrə Konfederasiyasına işgüzar səfər edib.

O, buna qədər Davosda «CISCO», «MasterCard», «BlackRock», «Royal Philips», «Lukoil», BP şirkətlərinin təmsilçiləri, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi və Gürcüstanın baş naziri ilə də görüşüb.

Xatırlatma

Yanvarın 23-də İsveçrənin Davos şəhərində sayca 48-ci Dünya İqtisadi Forumu başlayıb.

Forum bu il ən önəmli ümumi maraqlar üzrə beynəlxalq əməkdaşlığın təsdiqlənməsi yollarının axtarışına həsr olunub.

Forumun yanvarın 26-da yekunlaşacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG