Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 21:07

Azərbaycanda ən çox bu xəstəliklərdən ölürlər


İnfarkt

Azərbaycanda 2017-ci ildə insan ölümünün əsas səbəbi açıqlanıb.

APA-nın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin yanvarın 22-də keçirilən iclasında kardioloq-cərrah, deputat Rəşad Mahmudov bildirib ki, 2017-ci ildə Azərbaycanda əhali arasında ölümün ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub. O qeyd edib ki, bu göstərici 57.8 faiz təşkil edib.

«Bu sahədə dinləmələr keçirməyə böyük ehtiyac var və biz bununla bağlı tədbirləri təxirə salmamalıyıq», - o vurğulayıb.

Nikahla bağlı xəstəliklərin müayinə dairəsi genişlənir. Azərbaycanda nikaha daxil olmaq istəyənlərlə bağlı müayinəsi zəruri olan xəstəliklərin sayı artırıla bilər. Həmin siyahıya müzakirələrdə Hepatit B və Hepatit C-nin də daxil edilməsi təklif edilib.

Deputat Musa Quliyev Ailə Məcəlləsinə dəyişikliklər etməyin lazım olduğunu söyləyib.

Hazırda nikaha daxil olmaq istəyən şəxslərin hər biri talassemiya, Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) və sifilisə görə tibbi müayinədən keçir.

Günün bütün mövzuları

XS
SM
MD
LG