Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 22:19

Dini ekstremizmlə mübarizəyə aid plan imzalanıb


Din xadimlərinə, məscidlərin imamlarına dövlətin maaş verməsinə sizin münasibətiniz necədir?
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Din xadimlərinə, məscidlərin imamlarına dövlətin maaş verməsinə sizin münasibətiniz necədir?

Azərbaycanda 2018-ci il ərzində dini ekstremizmlə mübarizənin davam etdirilməsi məqsədilə tədbirlər planı hazırlanaraq razılaşdırılıb.

Bu haqda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilir.

Məlumata görə, tədbirlər planı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti arasında imzalanıb.

Tədbirlər planında dini ekstremizm və onu doğuran səbəblərlə birgə mübarizənin aparılması, bu istiqamətdə fəaliyyət göstərən qurumlar arasında koordinasiya işinin təşkili məqsədilə seminar-müşavirələrin keçirilməsi nəzərdə tutulub.

Bu tədbirlərə ictimaiyyət nümayəndələrinin də cəlb olunmasının nəzərdə tutulduğu bildirilir.

Plan çərçivəsində Azərbaycanda mövcud dövlət-din münasibətləri, bu sahədəki təhdidlər, müxtəlif dinlər və məzhəblər arasında əməkdaşlığa dair mövzularda geniş fikir mübadiləsinin aparılması da planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG