Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 14:27

Batmış tanker ətrafındakı neft sızması genişlənir


Sanch tankeri batmamışdan öncə bir həftə yanıb

Şərqi Çin dənizində batmış İranın neft tankerindən neft sızması genişlənir. Bu, daha böyük ekoloji fəlakət sarıdan narahatlığı artırır.

Çin dövlət Okeaniya Administrasiyasının məlumatına görə, batmış tankerdən şərqə doğru 18 kilometr uzunluğunda, cənub-qərbə doğru isə 15 kilometrədək neft sızması aşkarlayıb. Hadisə yerindən şimala tərəf 5 kilometr radiosunda daha bir örtük yaranıb.

Artıq Şanxay Dəniz Axtarış və Xilasetmə Mərkəzi tankerin 29 nəfərlik heyət üzvünün axtarışını dayandırıb, onların öldüyü güman edilir. Suyun səthinin təmizlənməsinə başlanılıb.

Ümumdünya Vəhşi Təbiət Fondunun bildirməsinə görə, tankerdən axan yanacaq dəniz məməliləri, balıqlar, dəniz tısbağaları, dəniz quşları üçün zəhərlidir.

Greenpeace ətraf mühit təşkilatı neft sızmasının balıqların kürüləmə zonasında baş verdiyini bildirmişdi.

Yük gəmisiylə toqquşan tanker yanvarın 14-də batıb. ƏTRAFLI

Günün bütün mövzuları

XS
SM
MD
LG