Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Oktyabr, bazar, Bakı vaxtı 02:12

Neft tankeri partlayıb, xilasetmə işləri çətinləşib


Yanan tanker

Şərqi Çin dənizində beş gündür yanmaqda olan İranın neft tankeri partladığından xilasedicilər işi ertələməyə məcbur olublar, 31 heyət üzvünü tapmaq çətinləşib.

Tankerdə partlayış yanvarın 10-da günorta baş verib, bu zaman xilasedicilər yanğının söndürmək məqsədiylə gəmiyə köpük doldururdular.

Rəsmilər itkin heyət üzvlərindən bəzilərini sağ tapacaqlarını ümidlərini kəsmədiklərini bildiriblər. Eyni zamanda yanğının bir ayadək çəkəcəyini də deyirlər.

Yanvarın 10-da Sanchi tankerinin xilasetmə işlərinə İran donanması da qoşulub.

Sanchi-nin operatoru olan İran Milli Tanker Şirkətinin sözçüsü Mohsen Bahrami isə heyət üzvlərinin həyatının prioritet sayıldığını vurğulayıb.

“Adamların sağ qalması ehtimalı var”, – o deyib.

32 heyət üzvündən yalnız birinin meyiti aşkarlanıb.

Tanker yanvarın 6-da Birləşmiş Ştatlardan buğda gətirən yük gəmisiylə, Şanxayın 300 kilometriyində toqquşub.

Sanchi isə Cənubi Koreyaya 136 min ton kondensat aparırdı. Ultra- yüngül yanacaq sayılan kondensat tez alışandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG