Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 19:48

'Daşkəsən Filizsaflaşdırma' yenidən tenderə çıxarıldı


Daşkəsən Filizsaflaşdırma Kombinatı

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün, yanvarın 16-da «Daşkəsən Filizsaflaşdırma» Açıq Səhmdar Cəmiyyətinin (ASC) 99.22 faiz səhmlərinin satışı üzrə yeni, altıncı investisiya tenderini elan edib.

İddiaçılara şərtlər dəyişməyib: istehsalın modernləşdirilməsinə qoyulan investisiyaların həcmi və yeni istehsal zəncirinin yaradılması xərcləri minimum 600 milyon ABŞ dolları təşkil etməlidir. Dövlət büdcəsinə ən azı 100 milyon manat köçürməlidir.

«Turan» agentliyi xəbər verir ki, bu il yanvarın 1-nə olan vəziyyətə kombinatda 318 nəfər çalışır.

Xəbərdə qeyd edilir ki, müəssisənin əməkhaqqı borcları 757 min manat təşkil edir.​ Son altı ay ərzində borcun 100 min manat artdığı bildirilir.

Ümumiyyətlə, müəssisənin öhdəlikləri 18.5 milyon manat səviyyəsində qiymətləndirilir.

«Daşkəsən Filizsaflaşdırma» ASC ötən il beş dəfə investisiya müsabiqəsinə çıxarılıb. Ancaq alıcı tapılmayıb.

Sonuncu dəfə ötən ilin avqustunda Əmlak Məsələləri Dövlət Komitəsi Daşkəsəndəki kombinata sərmayəçi axtarışının bu il yanvarın əvvəlinə qaldığını açıqlamışdı.

Xatırlatma

Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının tikintisinə 1948-ci ildə başlanıb. 1954-cü ildən isə müəssissə fəaliyyət göstərməyə başlayıb.

Metallurgiya Dövlət Şirkəti ləğv olunduqdan sonra, 2001-ci ildə Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının bazasında «Daşkəsən Filizsaflaşdırma» ASC yaradılıb.

Azərbaycan prezidentinin 2016-cı il iyulun 13-də imzaladığı sərəncam ilə «Daşkəsən Filizsaflaşdırma» ASC özəlləşdirilmək məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG