Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:29

Münaqişə HIV-nin yayılmasını sürətləndirir


Ukrayna prezidenti Petro Poroshenko Luqansk regionunda, aprel, 2017-ci il
Ukrayna prezidenti Petro Poroshenko Luqansk regionunda, aprel, 2017-ci il

Ukraynanın şərqindəki münaqişə nəticəsində ölkə boyunca HIV (insanda immun çatışmazlığı sindromu) epidemiyası yayılmaqdadır. Bunu yeni araşdırma üzə çıxarıb.

Yanvarın 15-də ABŞ-da çıxan PNAS dərgisində yer almış hesabatda deyilir ki, 2014-cü ildə başlanmış münaqişədən ən çox təsirə məruz qalmış Donetsk və Luqansk şəhərləri HIV virusunun əsas ixracatçıları olublar.

Ukrayna Avropa üzrə ən yüksək HIV göstəricilərinə malikdir. Bu ölkənin 45 milyonluq əhalisinin 220 min nəfərinin virus daşıyıcısı olduğu bildirilir.

Araşdırmada deyilir ki, Ukraynadakı HIV böhranı “sakit epidemiya”ya çevrilib, çünki bu virusa yoluxanların yarısı infeksiyadan xəbərsiz yaşayır, yeni diaqnoz qoyulanların 40 faizə qədəri isə xəstəliyin sonuncu mərhələsindədirlər.

*** Buna da bax: Uşaqlar arasında AIDS epidemiyası bitməyib

VİRUSUN YAYILMASIYLA KÖÇKÜNLÜYÜN ƏLAQƏSİ

Araşdırma zamanı Oksford Universiteti və İngiltərə Dövlət Səhiyyə təşkilatının alimləri 2012-2015-ci illərdə Ukraynadakı miqrasiyanı təhlil ediblər. Onlar HIV-in yayılmasıyla müharibənin 1,7 milyon nəfəri evindən didərgin salması arasında əlaqə aşkarlayıblar.

Müharibə Ukraynada çox şeyi dəyişib və HIV epidemiyası da onlardan biridir. Təhlil zamanı üzə çıxardıq ki, ölkənin şərqindən qalan hissəsinə virusun yayılması müharibədən sonra güclənib”, – araşdırmanın əsas müəllifi Tetyana Vasylyeva deyib.

Hesabatda o da vurğulanır ki, artıq HIV epidemiyası 1990-cı illərdəki kimi iynəylə yoluxmadan çox, cinsi yolla yayılır.

Ukraynanın HIV-in yayılmasını əngəlləməkdən ötrü önləyici tədbirlər görməli olması vurğulanır.

Hazırda dünyada 37 milyon nəfərdə HIV var ki, bu da AIDS (qazanılmış immun çatışmazlığı sindromu) ilə sonuclanır.

*** Buna da bax: Cinsi yolla HIV-yə yoluxanlar artır

BMT-nin AIDS proqramına görə, 35 il öncə HIV halları ilk dəfə yayılandan, 35 milyon nəfər AIDS-lə bağlı xəstəliklərdən dünyasını dəyişib.

Ukraynanın şərqində rusiyapərəst separatçılarla hökumət qüvvələrinin münaqişəsi başlanandan 10 min 300-dən çox adam həlak olub.

Rusiya separatçılara heç bir formada yardım etmədiyini deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG