Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 12:09

Cinsi yolla HIV-yə yoluxanlar artır


2007-ci ilin dekabrında Tehranda keçirilmiş AIDS sərgisi

İranda son zamanlar cinsi yolla HIV (insanın immun çatışmazlığı sindromu) yoluxmalarının sayı artıb. Bu, daha çox gənclər arasında yayılıb və rəsmilərin fikrincə, çoxunun heç bundan xəbəri də yoxdur.

“The Associated Press” agentliyi yazır ki, bu məsələ İslam Respublikasında suallar yaradır, axı nikahdan kənar cinsi əlaqə ölkədə yasaqdır, buna gedənlər həbs və sərt cəzayla üzləşə bilərlər.

*** Buna da bax: 1 ayda 7 evlənmək istəyəndə AIDS tapılıb

Ancaq bəziləri İranda çoxdanın tabularını qırır, açıq şəkildə təhlükəsiz seks, cinsi maarifləndirmə, daimi HIV yoxlamasından danışırlar.

“Hamının bu xəstəliyə çox pis münasibəti var. Çoxlarına elə gəlir, hətta əlimi yuduğum yerdə onlar da əl yusalar, yoluxa bilərlər, ancaq belə deyil”, – bunu Tehranda yaşayan, HIV xəstəsi olan bir qadın deyir.

88 MİLYONDAN 66 MİNİNDƏ HIV VAR

Rəsmi rəqəmlərə görə, İranın 80 milyonluq əhalisinin 66 min nəfərində HIV var, amma 30 min nəfərinin heç bundan xəbəri yoxdur. Hakimiyyət bunu bu virusla bağlı informasiyanın çox aşağı olmasıyla əlaqələndirir.

Müqayisə üçün, Birləşmiş Ştatlarda hökumət 1,1 milyon nəfərin HIV-ə yoluxduğunu, hər yeddi nəfərdən birinin bundan xəbərsiz olduğunu bildirir.

*** Buna da bax: HIV-dən müalicə olunanların sayı 21 milyona çatır

İranda HIV-li şəxslərin 50 faizdən çoxu 21-35 yaşlıdır, bunu Səhiyyə Nazirliyinin AIDS (qazanılmış immun çatışmazlığı sindromu) departamentinin rəhbəri Parvin Afsar Kazerouni deyir. Bu yaş qrupu İran əhalisinin 28 faizə qədərini təşkil edir.

Cinsi yolla yoluxanların sayı isə durmadan artmaqdadır.

“Beş-altı il öncəyə baxanda, cinsi yolla yoluxanların sayı 16-17 faiz, ən çoxu 20 faiz idi... İndi bu rəqəm 40 faiz, bəzi vilayətlərdə bundan da çoxdur”, – İranın səhiyyə nazirinin müavini Dr. Mohammad Mahdi Gouya “The Associated Press” agentliyinə deyib.

“Bu bizdən ötrü həyəcan təbilidir, həm əhali, həm rəsmilərdən ötrü. İndi bu məsələylə çox ciddi məşğuldurlar”, – o, sözlərinə əlavə edib.

SEKSƏ MÜNASİBƏT DƏYİŞİR

Agentlik ictimai amillərin də virusun yayılmasında rol oynadığını yazır. İran ruhaniləri nikahdan kənar cinsi əlaqənin əleyhinə danışır, seks uşaqlarla valideynlər arasında adətən, müzakirə olunmur. Məktəblərdə də bu sahədə çox az bilgi verilir.

Bu arada İranda seksə münasibət də dəyişməkdədir. İranda nə vaxtsa “müvəqqəti nikahlar”, yaxud siğə geniş yayılmışdı. Şəriətə uyğun bu izdivacları hökumətin açıq və ya rəsmi şəkildə dəstəkləmirdi. İndi isə Tehranda “ağ nikah”lar tədricən yayılır, cütlüklər evlənməmişdən birlikdə yaşamağa başlayır, baxmayaraq ki, bu da qanuni sayılmır.

*** Buna da bax: 13 ilə AIDS-ə qalib gəlmək olarmı

İranda boşananların 60 faizi cinsi əlaqədə özlərini xoşbəxt saymayanlardır. Bunu Tehranın Azad Universitetinin sosiologiya professoru Mohammad Mahdi Labibi deyir.

“Biri məmnun deyilsə, nikahdankənar, gizli seks axtaracaq. Belə gizli cinsi əlaqə isə, HIV də daxil olmaqla, istənilən xəstəliyə yoluxma riskini artırır”, – Labibi deyib.

Bu gün İran hökuməti HIV, yaxud AIDS-ə yoluxmuş 10 min nəfərin müalicəsini aparır. Bu xəstəlik bədənin immun sistemini zəiflədir, orqanizm infeksiyalar, xərçəngin müəyyən növləriylə mübarizə apara bilmir. Gouya deyir ki, bir xəstənin müalicəsi hökumətə ildə 16 min dollara başa gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG