Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 13:27

1 ayda 7 evlənmək istəyəndə AIDS tapılıb


Aids yoxlaması

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsinin tətbiqinə başlandığı gündən bu il aprelin sonunadək 268 min 174 nəfər müayinədən keçib.

Bu haqda Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, təkcə aprel aynda 9653 nəfər müayinə edilib.

Buna da bax:​ Evlənmək istəyənlərdən 7 minindən çoxunda...

Onlardan 301 nəfərdə talassemiya daşıyıcılığı müəyyən edilib. 40 nəfərdə isə sifilis xəstəliyi tapılıb.

Müayinə zamanı nikaha hazırlaşan 7 nəfərdə AIDS (QİÇS – Qazanılmış İmmun Çatışmazlığı Sindromu) virusu aşkarlanıb.

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinə edilməsi qaydasının tətbiqinə 2015-ci il iyunun 1-dən başlanıb.

Buna da bax:​ Xəstələnsən, nəyi sığorta ödəyəcək?

Ümumilikdə 2016-cı ilin sonunadək ölkədə AIDS-lə Mübarizə Mərkəzində 5376 nəfər HIV-lə (insanın immun çatışmazlıq virusu) yaşayan insan rəsmi qeydiyyata alınıb. Onlardan 72,3 faizi kişi, 27,7 faizi qadındır. AIDS mərhələsində olanlar 1312 nəfər təşkil edir.

AIDS diaqnozu adətən HIV-ə yoluxandan bir neçə il sonra qoyulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG