Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:28

13 ilə AIDS-ə qalib gəlmək olarmı


AIDS
AIDS

2030-cu ilədək qazanılmış immun çatışmazlığı sindromuna (QİÇS, ingiliscə AIDS) qalib gəlmək. Parisdə keçirilən, AIDS-lə mübarizəyə dair 9-cu beynəlxalq konfransın iştirakçıları qarşılarına məhz bu məqsədi qoyublar. Konfransın dörd günü ərzində alimlər və həkimlər yeni müalicə metodlarını, siyasətin elmə təsirini və xəstəlikdən sağalma hallarını müzakirə ediblər.

Parisdəki Konfrans Sarayında dünyada insanın qazanılmış immun çatışmazlığı (İİV- ingiliscə HIV) virusu və AIDS-lə mübarizəyə həsr olunmuş ən iri konfrans keçirilib. Konfransa bütün dünyadan 6 min həkim və tədqiqatçı qatılıb.

XƏRÇƏNGLƏ VƏ HIV-LƏ MÜBARİZƏ ÜSULU EYNİ OLA BİLƏR

İndi hamı antiretrovirus terapiyası sahəsindəki inqilabdan danışır. Bu üsul gündəlik həb qəbulunun əvəzinə bu virusla yaşayan adamların ayda cəmi bir-iki dəfə yeni preparatın inyeksiyasını qəbul etməsini nəzərdə tutur. Bütün dünyada 50 mərkəzdə aparılmış araşdırmalar göstərib ki, xəstələrin 84%-ində bu üsul virusa üstün gəlməyə bəs edir.

Konfransdan başqa bir yaxşı xəbər də gəlib: alimlər müəyyən ediblər ki, xərçənglə mübarizənin yeni üsulları HIV virusuna qarşı da təsirlidir.

«Son illər ərzində biz virusun müalicəyə davamlılığı ilə şiş hüceyrələri arasında əlaqəni müəyyən edə bilmişik. İndi xərçəngə qarşı yeni müalicə üsullarını HIV virusu ilə mübarizədə də sınaqdan keçirmək lazımdır. Bu üsulları ilk növbədə antiretrovirus terapiyası qəbul edən və təəssüf ki, xərçəngin inkişaf etdiyi xəstələrdə sınamaq lazımdır. ABŞ, Fransa və Avstraliyada aparılmış tədqiqatların nəticələri belədir», – deyə HIV virusunu ilk dəfə kəşf edən Françoise Barré-Sinoussi izah edir.

HƏR KƏSİN SƏSİ OLMAQ

Amerikalı Timothy Ray Brown hələlik bütün dünyada AIDS virusundan tam sağalmış ilk insandır. 2007-ci ildə onda leykemiya (qan xərçəngi) aşkarlanıb. Xəstəliyin müalicəsi üçün ona ilikdən götürülmüş kök hüceyrələri köçürülməli idi. Berlindəki həkimlər ona uyğun gələn 200-dən artıq donor tapdılar. Donorlarda gen mutasiyalarının yoxlanması zamanı könüllülərdən birində nadir zülal növü aşkarlandı. Belə genə malik insanlar AIDS virusuna yoluxmurlar. Avropadan kənarda belə bir genin daşıyıcısına rast gəlmək mümkün deyil.

Timothy Ray Brown
Timothy Ray Brown

«Mənim seçdiyim yol ağır idi. Ancaq bəxtim gətirdi ki, sağ qaldım və indi özümü yaxşı hiss edirəm. Yaşadığım Berlində statusumu gizlətməyə də bilərəm. Restoranda çalışdığım zaman müdirimə və bütün həmkarlarıma bu barədə danışdım. Əlbəttə, zalda gəzib hamıya «salam, mən AIDS xəstəsiyəm» deyə bağırmırdım. Çətin ki, bu, işə yarayardı. Mən sağalandan sonra hər kəsin səsi olmaq qərarına gəldim. Demək istədiyim odur ki, tək deyiləm və bu mümkündür», – Timothy Ray Brown deyir.

AIDS-İN ARTDIĞI VƏ AZALDIĞI ƏRAZİLƏR

Hazırda AIDS epidemiyasının templəri yalnız Şimali Afrika, Şərqi Avropa və Mərkəzi Asiyada artır. Dünyanın digər regionlarında isə yeni xəstələrin sayı ildən-ilə azalır. Buna baxmayaraq, xəstəliyin mövzusu hələ də tabu olaraq qalmaqdadır. Risk qruplarının ilkin yardıma əli çatmır.

«Şərqi Avropa, Orta Asiya uğurlu müalicə alan və AIDS-lə yaşayan insanların sayı baxımından ən aşağı göstəricilərə malikdir. Bu ölkələr hətta Afrika və Asiyadan da geri qalır. Bütün bunlar eyni zamanda narkotik qəbul edən insanlar, geylər, biseksuallar və hətta seks işçilərinin ayrıseçkiliyə məruz qalması ilə bağlıdır», – ABŞ-ın Con Hopkins Universitetinin professoru, Beynəlxalq AIDS cəmiyyətinin keçmiş prezidenti Chris Beyrer deyir.

Rusiyada «xarici agentlər» haqqında qanunun qəbulundan sonra xarici tədqiqatçıların bu ölkədəki həmkarları ilə əməkdaşlığı çətinləşib. Konqres iştirakçıları bunun siyasi problem olduğunu, üstəlik, yeganə problem olmadığını deyirlər. 9-cu beynəlxalq AIDS -lə mübarizə konfransı ABŞ hökumətinin AIDS -lə mübarizə proqramlarına ayırdığı maliyyəni ixtisar etmək planları fonunda keçirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG