Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:56

Uşaqlar arasında AIDS epidemiyası bitməyib


Çində Beynəlxalq AIDS gününə həsr olunmuş aksiya, 30 noyabr, 2017-ci il
Çində Beynəlxalq AIDS gününə həsr olunmuş aksiya, 30 noyabr, 2017-ci il

Ötən il hər saatda 18 uşaq HIV-yə (insanda immun çatışmazlığı sindromu) yoluxub. Bu, gənclərin AIDS (qazanılmış immun çatışmazlığı sindromu) yaradan virusdan qorunması yönündə irəliləyişin cüzi olduğunu göstərir. Məlumatı dekabrın 1-də – Beynəlxalq AIDS günündə BMT-nin uşaq fondu – UNICEF yayıb.

“Reuters” informasiya agentliyinin yazdığına görə, yoluxma indiki səviyyədə davam etsə, 2030-cu ilədək yeniyetmələr arasında 3,5 milyon yeni HIV yoluxması baş verəcək.

*** Buna da bax: Cinsi yolla HIV-yə yoluxanlar artır

37 MİLYONUN 2,1 MİLYONU YENİYETMƏDİR

Ümumilikdə, ötən il bütün dünyada 37 milyon nəfər, yəni Kanadanın əhalisinə bərabər sayda adam HIV ilə yaşayıb. UNICEF belə deyir.

Onlardan 2,1 milyonu yeniyetmə olub ki, bu da 2005-ci ildəkindən 30 faiz artım deməkdir.

Yaşı 4-dən aşağı uşaqların digər yaş qruplarıyla müqayisədə AIDS-lə bağlı xəstəliklərlə daha çox üzləşdiyi bildirilir.

“AIDS epidemiyası bitməyib, uşaqların və gənclərin həyatlarına təhlükə olaraq qalır”, – UNICEF-də HIV bölməsinin rəhbəriDr. Chewe Luo deyib.

UNICEF bildirir ki, yeniyetmələr arasında ölüm hallarının, demək olar ki, hamısı Saharaaltı Afrikada qeydə alınıb. Üstəlik, yeniyetmə qızların oğlanlardan daha çox yoluxduğu qeyd olunur.

Körpələrin yoxlanması və müalicəsində də çatışmazlıqların olduğu vurğulanır.

UNICEF-in bildirməsinə görə, analardan uşaqlara yoluxmanın önlənməsi yönündə bəzi irəliləyiş əldə olunub, 2000-ci ildən bəri 2 milyon yeni yoluxma halı əngəllənib. Ancaq qurum bu prosesin ləng getdiyini bildirir.

*** Buna da bax: HIV-dən müalicə olunanların sayı 21 milyona çatır

Digər faktlar:

  • Hazırda 1,4 milyon hamilə qadın HIV daşıyıcısıdır.
  • Hər saatda HIV-yə yoluxan yeniyetmələrin sayı 30-dur.
  • 2016-cı ildə yaşı 14-dən azı 120 min uşaq AIDS-dən ölüb.
  • Ötən il yeniyetmələr arasında 260 min yeni HIV yoluxması aşkarlanıb.
  • 2016-cı ildə yeniyetmələr (10-19 yaş) arasında 55 min nəfər AIDS-dən vəfat edib.
  • Ümumilikdə isə, ötən il 1,8 milyon nəfərin HIV-yə yoluxduğu bildirilir. Milyon nəfərsə AIDS-dən dünyasını dəyişib.
  • HIV epidemiyası başlanandan 76,1 milyon nəfər bu virusa yoluxub, 35 milyon nəfər AIDS-ə bağlı xəstəliklərdən vəfat edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG