Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 04:08

İxracın 77 faizi neftin payına düşüb, amma qaz…


Xəzərdə neft platforması

2017-ci ildə Azərbaycanın ümumi ixracının 77.52 faizini xam neft təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.

AZƏRTAC-ın xəbərinə görə, təbii qaz isə ixracın 8.64 faizinə bərabər olub. Neft məhsullarının ixracdakı ümumi payı da 2.46 faiz təşkil edib.

2017-ci ildə Azərbaycandan ümumilikdə 27 milyon 227 min 902 ton xam neft ixrac edilib. İxrac edilən xam neftin dəyəri 10 milyard 706 milyon 817 min dollar olub.

Ötən ilin yanvar-dekabr aylarında Azərbaycandan 7 milyard 543 milyon 483 min kubmetr təbi qaz ixrac edilib. Qazın dəyəri isə 1 milyard 193 milyon 712 min dollara çatıb.

İxrac edilmiş neft məhsullarının dəyəri isə 339 milyon 159 min dollara bərabər olub.

Son illər ixracda qazın payı getdikcə artmaqdadır.

2015-ci ildə ölkə ixracında 77.61 faiz neftin, 6.58 faiz neft məhsullarının, 1.76 faiz isə təbii qazın payına düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG