Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 04:49

Yanan tankerdə heyət üzvlərindən sağ qalan ola bilər


Yanan tanker

Dörd gündür Şərqi Çin dənizində yanmaqda olan neft tanker hələ bir neçə həftə də yana bilər, amma itkin düşmüş 31 nəfər heyət üzvlərindən kimsənin sağ qalmaq ehtimalı da var. Bunu rəsmilər yanvarın 10-da deyiblər.

Cənubi Koreyanın Okeanlar və Balıqçılıq Nazirliyindən “Reuters”ə deyiblər ki, yanvarın 6-da yük gəmisiylə toqquşaraq alışmış tankerdə yanğın bir ayadək çəkə bilər.

Sanchi tankerinin sahibi olan İran şirkəti isə “Associated Press” agentliyinə deyib ki, yanan gəminin göyərtəsində sağ qalan da ola bilər.

“Buna ümid var. Mühərrik bölməsinə yanğının birbaşa təsiri yoxdur və suyun 14 metr dərinliyindədir”, – National Iranian Tanker Co.-nun sözçüsü Mohsen Bahrami agentliyə deyib.

*** Buna da bax: Neft tankeri hələ də yanır

32 heyət üzvündən birinin meyiti tapılın, qalanları itkin düşüb.

Sanchi-də 136 min ton neft kondensatı vardı.

Günün bütün mövzuları

XS
SM
MD
LG