Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:52

Neft tankeri hələ də yanır


Hadisə yeri
Hadisə yeri

Çinin şərq sahilində yük gəmisiylə toqquşmuş İran neft tankeri hələ də yanır. Çin hökuməti bildirir ki, tanker yanvarın 9-da səhər yanmaqda davam edib, həm də partlama riski var.

Güclü külək, yağış və dalğaların hündürlüyü tankerin 31 heyət üzvünün axtarışını əngəlləyir. Bunu isə Çinin Nəqliyyat Nazirliyi bildirib.

***

Çinin şərq sahilində yük gəmisiylə toqquşandan sonra alışmış İranın neft tankeri partlamaq və batmaq riskiylə üzləşib. Bunu Çinin dövlət mediası xəbər verir.

Bu gün – yanvarın 8-də üç ölkədən xilasedicilər tankerdən itkin düşmüş 32 nəfəri tapmağa, yanmaqda olan tankerdən neft sızmasını önləməyə çalışır.

İran rəsmisi tankerin heyət üzvlərindən birinin meyitinin yanan gəminin göyərtəsində aşkarlandığını bildirib.

İranın Limanlar və Dənizçilik Təşkilatının rəhbəri Mohammad Rastad ISNA xəbər agentliyinə bildirib ki, meyit identifikasiyadan ötrü Şanxaya göndərilib.

Axtarış və təmizləmə işlərini yanğının və ətrafa yayılan zəhərli qazların əngəllədiyi bildirilir.

***

ABŞ DA AXTARIŞA QOŞULUB

ABŞ donanması yanan neft tankerinin heyətinin axtarışına qoşulub. Çin sahillərində yük gəmisiylə toqquşan neft tankerindən azı 32 nəfərin itkin düşdüyü bildirilir, çoxu da iranlılar olub.

*** Buna da bax: İraq yanvarın sonundan Kərkükdən İrana neft ixrac edəcək

ABŞ donanması yanvarın 8-də bildirib ki, Yaponiyadan P-8A təyyarəsi Çin və Cənubi Koreyanın tankerin itkin heyətini axtaran gəmi və təyyarələrinə qoşulub.

Panama bayrağıyla gedən Sanchi tankeri Çin sahilində qəzaya uğrayıb.

Çinin Nəqliyyat Nazirliyi yanvarın 7-də bildirib ki, 274 metrlik neft tankeri öncəki gecə toqquşma nəticəsində alovlanıb. Tankerdə 30 iranlı və iki banqladeşlinin olduğu bildirilir.

Tanker Honq Konq qeydiyyatlı CF Crystal ilə Şanxay yaxınlığında, sahildən 300 kilometr aralıda toqquşub.

CF Crystal-dan 21 çinli xilas olunub. Bu gəmi Birləşmiş Ştatlardan Çinə 64 min ton buğda aparırdı.

*** Buna da bax: Ağ Ev və Konqres İran nüvə sazişi qanununa dəyişikliyi müzakirə edirlər

Sanchi tankerində isə İrandan 136 min ton neft kondensatı olub ki, bu da 1 milyon barrel neftə bərabərdir, dəyəri 60 milyon dollardır.

“The Associated Press” agentliyi İranın Neft Nazirliyinin adı çəkilməyə rəsmisinə istinadla tankerin heyət üzvlərinin iranlı olduğunu təsdiqləyib, “onların taleyindən xəbərimiz yoxdur” deyib.

“BÖYÜK NEFT SIZMASI”

Southampton Universitetindən okeanoqraf Simon Boxall BBC-yə deyib ki, toqquşma nəticəsində ətrafa “böyük neft sızması” baş verib, ancaq küləklər “neftin sahilə yaxınlaşmasına imkan vermir”. O, neftin sahilə çatması şansının az olduğunu söyləyib. Ancaq onu da əlavə edib ki, hadisə yerində suyun dərinliyi cəmi 50-60 metrdir və bu səbəbdən burada sızmanın təsiri “dramatik” olacaq.

Çinin Xarici İşlər Nazirliyi toqquşmanın səbəbinin araşdırıldığını bildirir.

Sanchi 2008-ci ildə hazırlanıb və qeydiyyatdan keçmiş sahibi, National Iranian Tanker Co. (NITC) adından Honq Konqda mənzilənən Bright Shipping Ltd.-dir.

“Reuters” yazır ki, tanker İranın Xarq adasından Cənubi Koreyanın Daesan vilayətinə gedirmiş.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG