Keçid linkləri

2018, 24 Yanvar, çərşənbə, Bakı vaxtı 02:19

İraq yanvarın sonundan Kərkükdən İrana neft ixrac edəcək


Foto arxiv.Kərkük

İraq yanvarın sonundan Kərkükdən İrana neft ixrac etməyə başlayacaq.

Azadlıq Radiosunun məlumatına görə, bu barədə yanvarın 7-də İraqın neft naziri Jabar al Luaibi məlumat verib.

Onun sözlərinə görə ilkin mərhələdə İranın Kirmanşah əyalətindəki neftayırma zavoduna gündəlik 30 min barelədək neft ötürüləcək.

Belə bir razılaşma ötən ilin dekabrında elan edilib.

Tərəflər gündəlik 60 min barelədək neft mübadiləsi etmək razılığına gəliblər.

Belə ki, Kərkukdən İrana xam neft, ordan isə İraqın cənubuna İran nefti veriləcək.

İraq gələcəkdə Kərküklə İranın Kirmanşah əyalətini birləşdirən kəmər tikməyi planlaşdırır.

Bağdad həmçinin köhnə və dağılmış Kəkük-Çeyhan xəttinin yerinə Türkiyəyə yeni kəmər çəkmək fikrindədir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG