Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 07:34

Alpinistlərin axtarışı nəticəsiz qalıb


Alpinistərin axtarışı

Bu gün, yanvarın 8-i Quba rayonda itkin düşən 3 alpinistin axtarışı davam etdirilib.

Bu haqda Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.

Məlumatda “Gilavar” idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadənin axtarışlarının, hələlik, nəticəsiz olduğu ifadə olunur

“Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində peşəkar xilasedicilərdən ibarət dəstələr, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edib. Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılıb”, – məlumatda bildirilir.

Buna da bax: Mütəxəssis: ‘Alpinistlər marşruta buraxılanda, hər gün 3 dəfə məlumat verməlidirlər’

Xatırlatma

«Gilavar» hava-ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa (4191m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə sonra əlaqə itib.

Fövqəladə Hallar Nazirliyi bildirir ki, alpinistlərin itkin düşmələri barədə məlumat onlara dekabrın 26-sı axşam daxil olub. Dekabrın 27-dən alpinistlərin axtarışına başlanıb.

Ötən həftənin sonunda alpinistlərin geri qayıtmamaları ilə bağlı cinayət işi açılıb.

Cinayət işi Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə başlanılıb.

Hüquq mühafizə orqanlarına görə, alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı məsələlərə məsul şəxslərin öz vəzifələrini tam yerinə yetirməsinə şübhələr var.

Günün bütün mövzuları

XS
SM
MD
LG