Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 19:35

'AzerGold' qızıl və gümüş satışından gəlirini açıqlayıb


Qızıl

2017-ci ilin aprel-dekabr ayları ərzində «AzerGold» Qapalı Səhmdar Cəmiyyəti (QSC) 60 min 552 unsiya qızıl və 86 min 806 unsiya gümüş ixrac edib.

Bunu cəmiyyətdən bildiriblər.

Cəmiyyətin verdiyi xəbərə görə, qiymətli metalların ixracı ölkə iqtisadiyyatına 121 mln. manatdan artıq gəlir gətirib.

Bundan əlavə, qurumdan 2020-ci ildə Daşkəsən rayonu ərazisində yerləşən «Çovdar» yatağında yerüstü (oksid) mərhələsinin istismarını başa çatdırmaq niyyətində olduqlarını da bildiriblər.

«AzerGold» QSC 2015-ci ildə yaradılıb. Cəmiyyət əlvan metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını təmin edir. Habelə, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni yerinə yetirməlidir.

Xatırlatma

Azərbaycanda qızıl və gümüş, əsasən, 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur.

Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur.

Müqavilədə Azərbaycanın payı 51, Böyük Britaniyanın «Anglo-Asian Mining Plc.» şirkətinin isə 49 faiz təşkil edir. İlk qızıl hasilatına («Gədəbəy» yatağında) 2009-cu ildə başlanılıb.

«AzerGold» QSC yaradıldıqdan sonra digər yataqlar üzrə də fəaliyyət göstərməyə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG